9 dekabr 2014 15:18
Qəbələ Muntyanunun istefasını qəbul etdi
"Qəbələ" baş məşqçisi Dorinel Muntyanu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu rumıniyalı mütəxəssisin istefa ərizəsini qəbul etməyə qərar verib.
Artıq ona müvəqqəti əvəzləyici də tapılıb. Belə ki, komandanı Topaz Premyer Liqasının 16-cı turunda keçiriləcək "Qarabağ"la oyuna Sənan Qurbanov hazırlaşdıracaq.
