9 dekabr 2014 14:45
Bakının müdafiəçisi İngiltərə klubunda
"Bakı"nın sloveniyalı futbolçusu Yure Travner İngiltərənin "Riddinq" klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən komandanın baş məşqçisi Naycel Edkins məlumat verib:
"Yure bizimlə məşq edir və hətta bir neçə yoxlama oyununda da meydana çıxıb. Amma o müqavilə imzalaya bilmir. Bunun səbəbini deyə bilmərəm. Vəziyyətin dəyişəcəyini də dəqiq söyləməyim mümkün deyil. Amma o, son dövrlər diqqətçəkən dərəcədək artırıb".
