9 dekabr 2014 13:25
Azarkeşləri Neftçi və Xəzər Lənkəranı ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının 15-ci turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 58 və 82-ci dəqiqələrində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi”nin azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
