Cavadov: Oyundan sonra nəticə qalacaq, İnterin Bakıya hansı heyətlə gəlməsi yox
"Qarabağ"ın sabiq hücumçusu Vaqif Cavadov keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya "İnter"i ilə oyundakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a bu çətin oyunda uğurlar arzulayıram. "İnter"in Bakıya hansı heyətlə gəlməsinin mənim üçün fərqi yoxdur. Əminəm ki, "Qarabağ"da da belə düşünürlər. Komandamız yalnız lazım olan uğura nail olmaq barədə düşünməlidir. Oyundan sonra sadəcə, nəticə qalır, rəqibin hansı heyətlə oynaması yox. Ümumiyyətlə, belə düşünürəm ki, rəqibin zəif heyətlə gələcəyi barədə xəbərlərlə futbolçuları gərginlikdə saxlamaq lazım deyil. İstənilən halda Azərbaycana Milan "İnter"i gəlir. Fikrimcə, "Qarabağ"da hər şey yaxşı alınacaq".
