9 dekabr 2014 12:25
Eddi İsrafilovun komandası Valensiyadan xal aldı
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Valensiya" ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Eddi qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, İsrafilovun komandası 12 xalla 16-cı yerdə gedir.
