9 dekabr 2014 11:35
Muntyanu bu gün rəhbərlik ilə görüşəcək
"Qəbələ"nin baş məşqçisi postundan istefa verən Dorinel Muntyanu bu gün klub rəhbərliyi ilə görüşəcək. Azerisport.az xəbər verir ki, görüş 14:00-da baş tutacaq.
Rumıniyalı mütəxəssisin istefasının qəbul olunub-olunmayacağına məhz sözügedən görüşdə aydınlıq gələcək.
