9 dekabr 2014 11:15
Qarabağ - İnter matçına artıq 10 000 bilet satılıb
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək Azərbaycan çempionu "Qarabağ"la İtaliya "İnter"i arasındakı oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq 10 000 bilet satılıb.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunun kassalarında növbələr olduğu bildirilir.
Qeyd edək ki, sözügedən oyun dekabrın 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.
