9 dekabr 2014 11:05
Dorinel Muntyanu istefa verdi
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu istefa verib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu addımı komandanın uğursuz nəticələrindən sonra atıb.
Onun komandası geridə qalan 13 oyunda cəmi 14 xal toplaya bilib və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Muntyanu "Qəbələ"yə bu yay, rusiyalı Yuri Syominin istefasından sonra gətirilmişdi.
Klub rəhbərliyi baş məşqçinin istefasına bu gün baş tutacaq iclasda baxacaq və istisna deyil ki, Muntyanunun yola salınmasına qərar veriləcək.
