9 dekabr 2014 00:15
AFFA-nın Klublar Komitəsinin iclası keçiriləcək
AFFA prezidentinin əmrinə əsasən yaradılan Klublar Komitəsinin ilk yığıncağı dekabrın 10-da, saat 15:00-da keçiriləcək. Azerisport.az xəbər verir ki, Klublar Komitəsinin Əsasnaməsi AFFA-nın İcraiyyə Komitəsinin 3 dekabr 2014-cü il tarixli iclasında yekdil səslə təsdiq olunub və assosiasiyanın saytında yerləşdirilib. (AFFA)
