9 dekabr 2014 00:05
Cavadov 10, Budak 90 dəqiqə oynadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Oyun 1:0 hesabıyla futbolçularımızın klubunun xeyrinə başa çatıb.
Ufuk start heyətdə meydana çıxdığı görüşün sonunadək meydanda qalıb. Vaqif isə 80-ci dəqiqədə meydana buraxılıb. Rəhman matçın iştirak ərizəsinə düşməyib.
Qeyd edək ki, "Qaziantep BB" 14 xalla 11-ci yerdə gedir.
