Qaradağ Lökbatan Rəvana, Zirə Şuşaya uduzdu
Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
Qeydə alınan nəticələrlə sizi tanış edirik:
“Bakılı” - “Neftçala” 0:2
Qollar: Murad Ağakişiyev, 83. Aqşin Həşimov, 87.
“Şəmkir” - “Göyəzən” - 3:0
Qollar: Vüqar İbrahimov, 62. Qeyrət Qəmbərov, 83. Ramil Sadıqov, 90+2.
“Kəpəz” - “Turan Tovuz” 1:0
Qol: Ziyabil Məmmədov, 50.
“Mil-Muğan” - MOİK 1:0
Qol: Samir Babayev, 30.
“Qaradağ Lökbatan” - “Rəvan” 1:3
Qollar: İlham Allahverdiyev, 56 - Əli Bağırov, 45-pen. Pərvin Paşayev, 89-pen. Vüsal Qarayev, 90+3.
“Şahdağ” - “Energetik” 4:0
Qolllar: Zeynal Hacıyev, 2, 54, 87; Ruslan Həmidov, 70 (ö.q)
“Zirə” - “Şuşa” 0:2
Qollar: Morteza Heydari, 50. Qafar Əliyev, 84.
“Ağsu” - “Lokomotiv” 2:0
Qollar: Fərmayıl Əliyev, 3. Qalib Əmrahov, 39.
Qeyd edək ki, “Ağsu” – “Lokomotiv” görüşü başa çatmayıb. Buna səbəb “Lokomotiv”in ikinci hissəyə çıxmamasıdır.
