Lokomotivin futbolçuları qida zəhərlənməsinə görə ikinci hissəyə çıxmayıb
Xəbər verdiyimiz kimi, 1-ci divizionun 14-cü turu çərçivəsində keçirilmiş "Ağsu" - "Lokomotiv" oyunu birinci hissədən sonra dayandırılıb. Azerisport.az saytına açıqlamasında "Lokomotiv"in baş məşqçisi Novruz Əzimov bunun səbəbini belə izah edib:
"Biz Ağsuya 12 futbolçu ilə yollanmışdıq. Yolda uşaqlar üçün bəzi yeyəcək və içki aldıq. Ağsuya çatan kimi uşaqlardan bəzisi qarınağrısından şikayətlənməyə başladı. Birtəhər doqquz oyunçunu meydana buraxa bildik. Oyunun hakim-inspektoruna da bur barədə məlumat verdim. Amma mənə dedilər ki, oyuna çıxmaq daha yaxşı olar. Yeməkdən zəhərlənməyə görə yeddi futbolçu ilə meydana çıxdıq. Lakin oyunu başa çatdıra bilmədik və fasilədən sonra oynamamağa qərar verdik. İndi Bakıya qayıdırıq. Amma hələ də futbolçularda qarın ağrısı var".
