8 dekabr 2014 18:50
Ağsu - Lokomotiv oyunu yarıda qaldı
Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, qarşılaşmalardaın biri başa çatmayıb.
Belə ki, “Ağsu” – “Lokomotiv” görüşü yarıda qalıb. Buna səbəb “Lokomotiv”in ikinci hissəyə çıxmamasıdır. Matçla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək.
