8 dekabr 2014 17:55
Sumqayıtın yarımmüdafiəçisi Türkiyə klubunun maraq dairəsində
"Sumqayıt"ın yarımmüdafiəçisi Təvəkkül Məmmədov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla qardaş ölkənin "Antalyaspor" klubu maraqlanır.
Qeyd edək ki, Məmmədov "Sumqayıt"a bu yay Armavir "Torpedo"sundan gəlib. O, hələ ki, bu komandanın heyətində möhkəmlənə bilməyib.
