8 dekabr 2014 17:36

Aleksandr Çertoqanov: 250-ci oyunumu keçirdiyimi mətbuatdan öyrəndim

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan çempionatındakı 250-cu oyununuzu necə qeyd etdiniz?
- Əlbəttə, şadam ki, yubiley oyunumda "Simurq" kimi çətin rəqib üzərində qələbə qazandıq. Amma bunu xüsusi qeyd etmək fikrim olmayıb. Bir neçə gün sonra "Neftçi" ilə oyun var, ona hazırlaşmalıyam.

- 11 ilə 250 oyun... Bu, çoxdur?
- Azərbaycanda çoxdandı oynayıram. Düzünü desəm, bu say mənim üçün xüsusi əhəmiyyət kəsb etmir. Heç xəbərim də yox idi. Hər şeyi mətbuatdan öyrəndim.

- Cəmi altı qol vurmusuz. Düşünmürsüz ki, 250 oyuna bu qədər qol azdır?
- Azdır (gülür). Belə alındı. Meydandakı mövqeyim bunu tələb edir.

- 11 il ərzində "Neftçi", "İnter", "Qəbələ", "Bakı", "Simurq" və "Sumqayıt"da oynamısız. Hansı klubda daha çox xoşbəxt olmusuz?
- Hərəsinin öz yeri vardı. Amma daha çox "Neftçi"dəki illərim yadımdadı. Bu komandada 4 il oynadım. Kollektiv də yaxşı idi. Amma çıxış etdiyim klubların heç birinə görə təəssüflənmirəm.

- Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına gətirilməsini necə qarşıladınız?
- Onu məşqçi kimi tanımıram. Amma pis olacağını düşünmürəm. Sevindirici haldır ki, o, Azərbaycanda yaşayacaq, çempionat oyunlarını mütəmadi izləyəcək. Hiss olunur ki, işləmək istəyən məşqçidir. Bu, hələ ki, kiçik də olsa, bir üstünlükdür.

- "Sumqayıt" tarixi ərzində ilk dəfə "Simurq"a qalib gəldi...
- Bu, çox vacib qələbədi. Eyni zamanda birinci dövrədəki məğlubiyyətin də qisasını almış olduq. Həmin oyunda 2:0 öndə olduğumuz halda, sonda uduzmuşduq. Elə ağır məğlubiyyətləri unutmaq çox çətin olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.