8 dekabr 2014 17:15
Qarabağın oyunu çexiyalı hakimlərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İtaliyanın “İnter” klubu arasında keçiriləcək oyunun hakimləti açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən oyun çexiyalı hakimlərə tapşırılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Miroslav Zelinka idarə edəcək. Ona bu işdə həmyerliləri Andrey Pelikan və İrji Molaçek yardım edəcək.
