8 dekabr 2014 16:30
"Biz Abışovun Qəbələdə qalmasını istəyirik"
"Qəbələ"nin baş meneceri Zaur Əzizov bəyan edib ki, klub rəhbərliyi icarə müqaviləsi başa çatmaq üzrə olan Ruslan Abışovun komandada qalmasında maraqlıdı. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Abışovun müqavilə müddəti dekabrın sonunda başa çatacaq. Ondan sonra futbolçu yenidən Rusiyanın "Rubin" klubuna məxsus olacaq. Onunla bağlı yekun qərarı da məhz Kazan təmsilçisi qəbul edəcək. Biz Abışovun karyerasını "Qəbələ"də davam etdirməsini istəyirik. Yenidən danışıqlar masasına oturmağa hazırıq".
