8 dekabr 2014 16:00
Qəbələdən Kamran Ağayevə xəbərdarlıq
"Qəbələ" klubunun rəhbərliyi qapıçı Kamran Ağayevə xəbərdarlıq etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən komandanın Premyer Liqanın son turunda "Xəzər Lənkəran"a 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verməkdən qeyri-mədəni formada imtinası səbəb göstərilir.
Klubun baş meneceri Zaur Əzizovun azerisport.az saytına açıqlamasına görə, futbolçunun jurnalistlərə müsahibə verməkdən boyun qaçırmaq hüququ var. Sadəcə, bunu mədəni formada etmək lazımdı. Ağayev isə etdiyi son hərəkətinə görə, rəhbərlik tərəfindən xəbərdarlıq alacaq.
Qeyd edək ki, Ağayev bu oyundan sonra "Xəzər Lənkəran" azarkeşlərini də tənqid edib.
