8 dekabr 2014 15:10
Vaqif Sadıqov: U-21-in baş məşqçi postuna namizədləri yaxın günlərdə açıqlayacağıq
AFFA Hakimlər Komitəsinin sədri Vaqif Sadıqov görüləcək işlərdən söhbət açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bugünlərdə bizim AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu və qarşıya qoyulan vəzifələrdən danışdıq. Dekabrın 16-da baş katiblə keçirəcəyimiz növbəti görüşə qədər 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi postuna və Məşqçilər Komitəsinin 5-cü üzvlüyünə namizədlərimizi müəyyənləşdirib təqdim etməliyik. Məşqçilər Komitəsinin üzvləri belə hesab edir ki, yığmamız yerli mütəxəssisə tapşırılmalıdı. Yaxın günlərdə yerli məşqçilərdən ibarət geniş siyahını açıqlayacağıq. AFFA rəhbərliyi ondan sonra öz qərarını verəcək".
