8 dekabr 2014 15:00
Mirhüseyn Seyidov: İkinci dövrənin qalan oyunlarından 9 xalla ayrılmağa borcluyuq
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, qələbə qazana bilmədik. Amma istənilən halda bu oyunu bizim aktivimizə yazmaq olar. 0:0 belə bir rəqiblə oyun üçün pis nəticə deyil. Yeganə təəssüfləndirici məqam artıq dörd turdu qələbə qazana bilməməyimizdi. İkinci dövrənin qalan oyunlarından 9 xalla ayrılmağa borcluyuq. Hücumçularımız niyə qol vurmur? Bunun bir sıra səbəbləri var. Komanda qələbə qazansa, qolu kimin vurmasının önəmi qalmır. Əlbəttə, qol vurmaq ilk növbədə hücumçuların işidir. Ümid edirəm ki, növbəti turlarda onlar da qol vuracaqlar".
