8 dekabr 2014 14:50
Yığmamızın hücumçusu üçün 64 dəqiqə
Futbol üzrə Almaniyanın 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Braunşveyq"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda “Karlsrue” 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
