8 dekabr 2014 14:00
İnter Bakıya oyundan bir gün əvvəl gələcək
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi İtaliyanın "İnter" klubu Bakıya dekabrın 10-da gələcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda paytaxtımıza çarter reysiylə gələcək.
Oyun ərəfəsində Tofiq Bəhramov adına stadionda məşq edəcək İtaliya təmsilçisi matçdan sonra Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, "Qarabağ" - "İnter" görüşü dekabrın 11-də Tofiq Bəhramov adına stadionda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.
