8 dekabr 2014 13:20
Kovaçiç: Unideze ilə matçı unudub, Qarabağla görüşü düşünməliyik
İtaliyanın "İnter" klubunun hücumçusu Matea Kovaçiç A Seriyasının son turunda qarşılaşdıqları "Udineze" ilə oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, dekabrın 11-də qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ"la oyun öncəsi o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Baş məşqçimizlə razıyam - biz birinci hissəni yaxşı keçirdik. Amma sonradan istədiyimiz oyunu göstərə bilmədik. Artıq bu oyunu unudub, qarşıdakı oyunlara baxmalıyıq - Azərbaycan çempionu "Qarabağ"la Avroliqa və "Kyevo" ilə çempionat oyununa hazırlaşmalıyıq. Səylə çalışmağımız lazımdı".
