8 dekabr 2014 13:10

Ernest Nfor: Qarabağa uduzmamaq bizim üçün vacib idi

"Neftçi"nin hücumçusu Ernest Nforun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyun haqda nə deyə bilərsiz?
- Çox maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu sərgiləsə də, qol vurmaq mümkün olmadı.

- Bəs oyunun sonları niyə sönük keçdi?
- Bu, oyuna necə baxmaqdan irəli gəlir. Futbolçular üçün hər şey o qədər də pis alınmadı. Çünki heç kim qol buraxmaq istəmirdi. Bir qol hər şeyi həll edə bilərdi.

- Bir neçə epizodda Bədavi Hüseynova qarşı çox kobud oynadınız və nəticədə Rəşad Sadıqov sizi tənqid etdi...
- Bəs siz "Qarabağ"ın futbolçularının mənə neçə dəfə toxunduğunu görmədiniz? Neçə dəfə təkrarlandığını hesablamamısız? Bu, futboldu, belə hallar olur.

- "Neftçi"nin durumu sizi narahat etmir?
- Bu, bizim üçün problem deyil. Bu oyunda "Qarabağ"a uduzmamaq vacib idi. Qarşıda hələ çox oyunumuz var. Mənə elə gəlir ki, biz zaman keçdikcə daha yaxşı oynamağa nail olacağıq və nəticələrimiz də yaxşılaşacaq.

- Ruslan Qurbanov, Nikolas Kanales və sizin aranızda anlaşma səviyyəsi elə də yaxşı deyil. Bunu nə ilə izah edə bilərsiz?
- Hər şey oyundan asılıdı. Biz baş məşqçinin növbəti oyuna hansı taktika seçəcəyini bilmirik. Bu dəfə Ruslanı seçmişdi. Şanslar olsa da, qol vurmağı bacarmadıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.