8 dekabr 2014 13:00
Volfqanq Rolf: Azərbaycan yığmasında tsiklin sonunadək qalmağım istisna deyil
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Volfqanq Rolf bəyan edib ki, onun millimizin məşqçilər korpusunda qalması istisna deyil. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Berti Foqts öz postundan istefa verib getdi. Amma mən Norveçlə oyunda komandanın sükanı arxasında idim. Seçmə mərhələnin sonunadək bu komandada qalacağımı istisna etmirəm. Mənim hər oyun üçün ayrıca razılaşmam var".
