8 dekabr 2014 11:30
Qarabağın rəqibi Bakıya məğlub gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçında Bakıda Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq “İnter” ölkə çempionatında məğlubiyyətlə üzləşib. Azerisport.az xəbər verir ki, İtaliya A Seriyasının 14-cü turu çərçivəsində evdə “Udineze” ilə qarşılaşan Milan təmsilçisi meydandan 1:2 hesabı ilə məğlub ayrılıb.
Hazırda "İnter" 17 xalla yarış cədvəlində 12-ci pillədə qərarlaşıb. Bu komanda dekabrın 11-də "Qarabağ"ın qonağı olacaq.
