8 dekabr 2014 11:10

Rəşad Sadıqov: Tvente ilə oyun Milan İnteri ilə görüşdən daha vacib idi

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə heç-heçəni sizin üçün sərfəli nəticə saymaq olar?
- Heç-heçə oyuna görə oldu. Əslində, bizim üçün heç də pis nəticə deyil.

- Artıq Milan "İnter"i ilə oyunu düşünmək olar?
- Fransa "Sent-Etyen"i ilə oyundan sonra bizim çempionatda "Simurq" və "Neftçi"yə qarşı iki çətin oyunumuz var idi. Bu müddət ərzində "İnter" haqda düşünməyə vaxt yox idi. Bu, müəyyən mənada bizim xeyrimizə oldu. Bizi ciddi sınaq gözləyir. Çox çətin oyun olacaq. Çempionatda çətinliklə qələbə qazanırıq. İndi isə buna Avroliqada, özü də "İnter" kimi komanda ilə görüşdə nail olmalıyıq.

- Deyilənə görə, "İnter" Bakıya ikinci heyəti ilə gələcək. Bu, "Qarabağ" üçün üstünlükdür?
- Əgər Roberto Mançini heyətə az düşən futbolçulara şans verəcəksə, onlar da özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. Həm də bizdə xeyli itki var. Elə Reynaldo ilə Çumbinyonun yoxluğunu qeyd etmək kifayətdi.

- Komanda üzərində təzyiq var?
- İki çempionat oyunu ərzində belə bir təzyiq hiss etmədik. Amma təbii ki, "İnter"lə oyunda təzyiq olacaq. Oyunçular azarkeşlər qarşısında çıxacağı bu oyunun məsuliyyətini dərk etməlidirlər. Səbrli olmalıyıq.

- "İnter"lə oyunu karyeranızın nə mühüm qarşılaşması saymaq olar?
- Vacib oyundu, amma o dərəcədə də yox. Məsələn, Hollandiya "Tvente"si ilə oyun daha vacib idi. Çünki həmin oyunlarda üstünlük əldə etməklə Avroliqanın qrup mərhələsinə düşdük. Yığmanın heyətində Türkiyəyə qarşı keçirdiyimiz oyunu, eləcə də daha bir neçə görüşü dü karyeramın ən vacib oyunlarından hesab edirəm.

- Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçisi təyin olunmasına münasibətiniz necədi?
- Ona uğurlar arzulayıram. Fikrimcə, bu təyinat uğurlu olacaq. Onun açıqlamaları, oyunlarımıza gəlməsi, bizi izləməsi xoşuma gəlir. Prosineçki bizə hücum futbolu oynatmağa çalışacaq. Biz bu tsikldə çətin qrupa düşmüşük. Amma yenə nəticə qazana bilərik. Prosineçkinin "Kayserispor"da çalışdığı dövrü yaxşı xatırlayıram. O vaxt azarkeşlər və klub rəhbərliyi ondan çox razı idi. Düzdü, uğursuzluğu da var idi, amma sərgilənən komanda oyunu hamının xoşuna gəlirdi.

- Bədavi Hüseynovun zədəsi nə dərəcədə ciddidi?
- Bilmirəm. Amma mən ilk dəfə onun ayağını tutub ağladığını görürdüm. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.