8 dekabr 2014 00:35
Rəşad Sadıqov: Bilirəm ki, Prosineçki hücum futbolunu sevir
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov xorvatiyalı Robert Prosineçkinin millimizin baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçkini təbrik edirəm. Ümid edirəm ki, onun rəhbərliyi altında yaxşı nəticələr qazanacağıq. Onun oyunlarımıza gəlməsi, bizi izləməsi xoşuma gəlir. Bilirəm ki, yeni baş məşqçi hücum futbolunu sevir. Ona uğurlar arzulayıram".
