8 dekabr 2014 00:00
Mançini: Qarabağa qarşı heyətə düşə bilməyənləri oynadacağam
İtaliyanın "İnter" klubunun baş məşqçisi Robert Mançini bəyan edib ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la oyuna əsas heyəti çıxarmayacaq. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avroliqa heyətə düşə bilməyən futbolçular üçün bir şansdı. "Qarabağ"a qarşı az oyun şansı qazanan futbolçuları meydana buraxacağam".
