7 dekabr 2014 18:10
Aqil Məmmədov tarixi qələbəni şərh etdi
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Simurq” həmişə çətin rəqib olub. Bu komandaya qarşı oynamaq bizim üçün çətindir. “Sumqayıt” komandası Topaz Premyer Liqasında “Simurq” üzərində ilk qələbəsini qazandı. Biz 9 oyundur ki, qələbə əldə etmirdik. Gərginlik vardı. Odur ki, bu qələbə bizim üçün çox vacibdir. Fanatlarımızı və futbolçularımızı təbrik edirəm”.
