7 dekabr 2014 12:10
Qurban Qurbanovun oğlu Qarabağa iki qol vurdu
Ötən gün Azərbaycanın futbol üzrə U-13 Liqasında maraqlı bir görüş baş tutub. Azerisport.az xəbər verir ki, "Neftçi" "Qarabağ"ı 4:0 hesabıyla məğlub edib.
Bu oyunda "Neftçi"nin hücumçusu Musa Qurbanlı dubla imza atıb. O, Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğludu.
Maraqlıdır ki, bu gün sözügedən komandaların əsas heyətləri də Premyer Liqada üz-üzə gələcək.
