7 dekabr 2014 00:45
Ramos AZAL-ı tərk edə bilər
AZAL-ın honduraslı yarımmüdafiəçisi Luis Ramos AZAL-ı tərk edə bilər. Azerisport.az xəbər verir ki, onun qışda paytaxt klubundan ayrılması gözlənilir.
Buna səbəb onun "Neftçi" ilə oyunda qırmızı vərəqə almasıdı. Baş məşqçi Tərlan Əhmədov futbolçunun həmin hərəkətindən narazı qalıb. O, bunu intizam pozuntusu sayır. Ramosun sərgilədiyi oyun bütövlükdə məşqçilər korpusunun ürəyincə olmadığından, onun qovulması gözlənilir.
