7 dekabr 2014 00:35
Vüqar Əsgərov: Yenidən Azərbaycan yığmasına qayıtmağı düşünürəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov bəyan edib ki, o, yenidən millimizə dəvət almaq istəyindədi. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçisi təyin olunmasından xəbərim var. Dəyişiklik lazım idi. Fikrimcə, o, bu komanda ilə yaxşı nəticələr qazana biləcək. Mən də yenidən yığmaya qayıtmağı düşünürəm. Saçlarımın ağarmasına baxmayın, hələ kifayət qədər gəncəm və yığmaya faydalı ola bilərəm".
