7 dekabr 2014 00:15

Topaz Premyer Liqasında derbilər turu

Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Turun açılış və mərkəzi oyunu “Qarabağ” və “Neftçi” arasında olacaq. Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 58-ci dəfə üz-üzə gələcək. Minimal üstünlüyə malik “Qarabağ” (18 qələbəsi var) son 5 oyunda rəqibinə uduzmayıb. 22 dəfə sülh bağlayan tərəflərin duellərində "Neftçi" 17 qalibiyyət əldə edib. Komandaların son 4 görüşündə hər iki komanda qol sevinci yaşayıb. Bütövlükdə isə hər iki komanda geridə qalan oyunlarda eyni sayda (55) qol vurub. İlk dövrədə keçirilən oyunda "Qarabağ" rəqibinə 3:1 hesabıyla qalib gəlmişdi. Hazırda birinci pillədə qərarlaşan və əsas izləyicisi "Neftçi"dən 5 xal öndə olan son çempion zirvədəki mövqeyini daha da möhkəmləndirmək üçün yenə qələbə qazanmağa çalışacaq. Ən azı aradakı fərqi qorumaq üçün isə heç-heçə yetərli olacaq. Heyətində ciddi itkiləri olan, qarşıdakı Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki Milan "İnter"i ilə oyunu da düşünmək məcburiyyətində də qalan Qurban Qurbanovun komandası uduzmayacağı halda düşərgədəki ab-havanın da yaxşı qalmasına nail olacaq. "Neftçi" isə rəqibin heyətlə bağlı problemlərindən maksimum yararlanıb, liderlə aradakı xal fərqini azaltmağa cəhd göstərəcək.

Günün növbəti oyununda “Sumqayıt” “Simurq”u qəbul edəcək. 12-ci duel öncəsi “Simurq” aşkar üstünlüyə malikdir. İndiyədək qələbə qazanmayan “Sumqayıt” cəmi 1 xal qazanıb. Zaqatala təmsilçisi bütün matçlarda rəqib qapısına qol vurub. Bu komandanın 10 qələbəsi var. Top fərqində də Zaqatala klubu 20:6 öndədir. Sumqayıtlılar indi ilk dəfə bu rəqibini məğlub yola salmağa çalışacaq. Aqil Məmmədovun komandası bunu bacarsa, həm tarixi sindroma son qoymuş olacaq, həm də ilk dövrədə Zaqatalada qeydə alınan 2:3 hesablı yenilgini unutduracaq.

Cari mövsümdəki iddiaları ilə nəticələri üst-üstə düşməyən iki komanda - “Xəzər Lənkəran”la “Qəbələ” bu tur bir-biri ilə qarşılaşacaq. Lənkəran təmsilçisi əvvəlki 23 oyunda böyük üstünlüyə malikdir - 12 qələbə. 5 oyunda heç-heçə qeydə alınıbsa, 5 görüşdə də "Xəzər Lənkəran" 3 xalı bayram edib. Son 4 matçda uduzmayan, ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən cənublular indiyədək yalnız 1 ev görüşündə məğlub olub. Top fərqində də "ağ-yaşıllar" üstündürlər - 32:20. Lənkəran şəhər stadionundakı təmir işləri ilə əlaqədar "Xəzər Lənkəran" "Neftçi"nin ardından "Qəbələ"ni də Bakıda qəbul edəcək. Bu, müəyyən mənada qonaqlara sərf edəcək. Xatırladaq ki, ilk dövrədə Qəbələdə keçirilmiş oyunda qalib müəyyənləşməmişdi - 1:1.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Qapanış matçında "İnter” AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. 24-cü paytaxt derbisi ərəfəsində “İnter” üstünlüyə malikdir - 7 qələbə. Son 5 qarşılaşmada onlar meydanı qolsuz tərk etməyib. AZAL isə son 4 görüşdə cəmi 1 xal qazana bilib. Bu komanda 5 dəfə qələbə qazanıbsa, 11 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqində "bankirlər"in minimal fərqli üstünlüyü var - 20:19. Bu komandalar arasında ilk dövrədəki oyunda da sülh qeydə alınmışdı - 1:1. Tərlan Əhmədovun komandası yüksək şansa malik olmadığı paytaxt derbisində sürpriz nəticəyə imza atmağa çalışacaq. "İnter" isə liderlər qrupundakı mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmağa borcludur.

Topaz Premyer Liqası
15-ci tur

7 dekabr

15:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

16:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Sumqayıt. “Kapital Bank Arena”.

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bayıl Arena”.

17:15. “İnter” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “İnter Arena”.
 

1Qarabağ1283123-1327
2Neftçi1264215-822
3İnter1256121-421
4Simurq1352618-1717
5Xəzər Lənkəran1243516-1615
6Qəbələ1235415-1814
7AZAL1234514-2213
8Sumqayıt1232714-2011
9Bakı1323810-289
10Araz Naxçıvan00000-00

Bombardirlər:
8
- Mikel Alvaro (“İnter”).
6 - Nurlan Novruzov ("Bakı").
5 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq").
4 - Rəşad Abdullayev (AZAL), Cavid Hüseynov ("Qəbələ"), İnnosent Emeqara ("Qarabağ"), Leroy Corc ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.