7 dekabr 2014 00:05
Şükürov və Məlikovun komandası sülh bağladı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçular - Mahir Şükürovla Rail Məlikovun komandası - müvafiq olaraq "Karşıyaka" ilə "Dənizlispor" üz-üzə gəlib.
Qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. Şükürov start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. Məlikov isə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Karşıyaka" hazırda 18 xalla 6-cıdır. "Dənizlispor" isə 13 xalla 11-ci pillədə qərarlaşıb.
