6 dekabr 2014 18:15
Qəbələ Kamran Ağayevi göndərir, Aqil Məmmədovu gətirir
"Qəbələ" Kamran Ağayevlə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan qapıçının son dövrlərdəki zəif çıxışı klub rəhbərliyinin və məşqçilər korpusunun ürəyincə deyil.
Bu üzdən də "Qəbələ" rəhbərliyi Ağayevlə müqaviləni ləğv etmək istəyir. Artıq Kamranın kiminlə əvəzlənəcəyi də bəllidi. Belə ki, bölgə təmsilçisi "Bakı"nın qapıçısı Aqil Məmmədovu sıralarına qatmağa hazırlaşır. Bu transferin qış fasiləsi zamanı reallaşması gözlənilir.
