6 dekabr 2014 16:50
Neftçi Qarabağı, Qəbələ Xəzər Lənkəranı məğlub etdi, İnter xal itirdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
Əvəzedicilərin çempionatı
15-ci tur
6 dekabr
“Sumqayıt” - “Simurq” 0:1
Qol: Sahib Abbasov, 1.
“Xəzər Lənkəran” - “Qəbələ” 0:2
Qollar: Elnur Mustafayev, 32. Qismət Alıyev, 89-pen.
“Qarabağ” - “Neftçi” 1:2
Qollar: Elmir Namazov, 66 - Cavid Muxtarzadə, 67. Mirabdulla Abbasov, 76.
“İnter” - AZAL 2:2
Qollar: Elnur Süleymanov, 76-pen. Ülvi İbazadə, 88 - Təmkin Xəlilzadə, 33. Asif Mirili, 90+2.
