Xaqani Məmmədov: Robert Prosineçki yığma ilə yaşamalıdı, pulunu saymamalıdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədovun azerisport.az saytına müsahibəsi
- Xorvatiyalı Robert Prosineçkinin Azərbaycan yığmasına baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Pis sayılmaz. Ən azından yığmada dəyişiklik gözləməyə dəyər. Amma yenə də milliyə yerli məşqçinin təyinatı daha yaxşı olardı. Artıq Prosineçkinin təyinatı rəsmiləşib. O, çempionatın bütün oyunlarına baxmalıdı, oyunçuları izləməlidi. Bir sözlə, yığma ilə yaşamalıdı, pulunu saymamalıdı.
- AFFA-nın seçiminə təsir edən əsas məqamlardan biri də onun ailəsiylə birgə Bakıda yaşamağa razı olmasıdı. Sizcə, bu, millimiz üçün nə dərəcədə faydalı olacaq?
- Mən də düşünürəm ki, bu, çox vacib məqamdı. O, daim klublarla işləməlidi, bazaları, oyunları ziyarət etməlidi.
- Prosineçkidən nə gözləyə bilərik?
- Mən onu məşqçi kimi yaxşı tanımıram. Qeyri-adi nəsə olacağını düşünmürəm. Amma əgər komandanı psixoloji cəhətdən düzgün hazırlaşdıra bilsə, onda nəsə alına bilər. Bu, onda necə alınacaq, bunu zaman göstərəcək.
- Onun işinin nəticəsini görmək üçün nə qədər vaxt lazımdı?
- Komandanın bir neçə oyun keçirməsini gözləmək lazımdı. Elə dəyişikliklər var ki, onun üçün zamana ehtiyac yoxdu. Amma bəzi yeniliklər üçün məşqçiyə zaman tanımaq lazımdı.
- Prosineçkidən də Foqts kimi yığmaya legionerlər dəvət etməsini gözləmək olar?
- Mənə elə gəlir ki, AFFA buna imkan verməməlidir.
