6 dekabr 2014 13:20
Qarabağın məşqçiləri Hollandiyaya gedir
"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, onlar bu ölkəyə Ağdam klubunun idman direktoru vəzifəsində çalışan hollandiyalı Con van Loenlə yollanacaqlar.
Qeyd edək ki, azərbaycanlı məşqçilər səfər çərçivəsində "Ayaks", PSV, "Feyenoord" və "Utrext" kimi klubların bazalarını ziyarət edəcəklər. Səfər dekabrın 11-dən başlayacaq.
