6 dekabr 2014 12:15
Erat 11 dəqiqə oynadı, komandası məğlub oldu
Futbol üzrə Almaniya İkinci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi doğma meydanda "Sandhausen"lə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat bu qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Fortuna" hazırda 25 xalla 5-ci pillədə qərarlaşıb.
