6 dekabr 2014 11:45
Rüfət Dadaşovun oynamadığı oyunda komandası qələbə qazandı
Almaniyada Cənub Regional Liqasının 20-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Valldorf"la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Dadaşov bu oyunda meydana çıxmayıb.
Qeyd edək ki, hazırda Rüfətin komandası 43 xalla 2-ci pillədə qərarlaşıb.
