6 dekabr 2014 11:30
Dorinel Muntyanu: XL ilə heç-heçəyə oynamayacağımız dəqiqdi
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Növbəti oyuna adi qaydada hazırlaşırıq. Şübhəsiz ki, işimizə məsuliyyətlə yanaşırıq. Komanda qarşısına maksimum xal toplamaq vəzifəsi qoyulub. Heç-heçəyə oynamayacağımız dəqiqdi. Ruslan Əmircanov hələ də zədəlidi. O, bu oyunda da bizə kömək edə bilməyəcək".
