6 dekabr 2014 00:40

Ramos: Qarabağla oyunda bizi ancaq qələbə qane edəcək

"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramosun azerisport.az saytına müsahibəsi

- Ölkə kubokunda "Neftçala"ya qarşı oyunun ikinci hissəsində meydana çıxmağınızın səbəbi nə idi?
- Bu, məşqçilərin qərarı idi. Birinci hissəni kənardan izlədim, ikinci yarıda meydanda oldum. Fikrimcə, bir hissə də olsa, komandama kömək edə bildim. Bütövlükdə, normal oyun keçirdik. İlk qoldan sonra daha rahat oynamağa başladıq və sonda darmadağınla qalib gəldik.

- Çox aqressiv görünməyiniz nə ilə bağlıydı?
- Mən rəqib futbolçulardan birinin Kaueyə qarşı çox kobud oynamasına əsəbləşmişdim. Az qala onun ayağını qıracaqdılar.

- "Neftçi" bu oyunda elə də çox əziyyət çəkmədi. Yəqin ki, "Qarabağ"la növbəti oyunu düşünürdüz?
- Bəli. Biz növbəti çempionat oyununu düşünməyə borclu idik. Çünki "Qarabağ"la görüş bizim üçün çox vacibdi. Həmin oyunda mütləq qalib gəlməliyik. Bazar günü bizi çempionluq oyunu gözləyir.

- Bəs bu oyunda qalib gələ bilməsəz nə olacaq?
- Bu, "Neftçi" üçün çox pis nəticələnə bilər. Rəqib xal fərqini artıracaq və bizim vəziyyətimiz daha da çətinləşəcək.

- Ağdamlılar hazırda yaxşı formadadılar. Onlarla bacara biləcəksiz?
- "Qarabağ" ölkənin ən yaxşı komandalarından biridi. Avropa Liqasında uğurla çıxış edirlər, Premyer Liqanın liderlərindəndilər. Deməli, bu komanda ilə oyuna düzgün yanaşmalıyıq.

- Proqnozunuz nədir?
- "Qarabağ"a qalib gəlmək üçün yetərli gücümüz var. Bizi ancaq qələbə qane edəcək. "Neftçi"nin qalib gələcəyini düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.