6 dekabr 2014 00:15
Azərbaycan dünyada 36-cı, Avropada 16-cıdı
Çimərlik futbolu Beynəlxalq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası dünyanın 91 komandası arasında 36-cı yerdə qərarlaşıb.
Ölkəmizin hesabında 294 reytinq xalı var. Azərbaycan Avropa ölkələri arasında 16-cı yerdədi.
Reytinq cədvəlinə Rusiya (2685 xal) başçılıq edirsə, Braziliya (2090) ikinci, İsveçrə (1611) üçüncüdü.
