5 dekabr 2014 16:45
Çətin: Təəssüf ki, Qəbələni Lənkəranda qəbul edə bilməyəcəyik
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turlarda biz kifayət qədər xal itirmişik. Təəssüf ki, "Qəbələ"ni də öz meydanımızda qəbul edə bilməyəcəyik. Amma azarkeşlərimizin Bakıda bizi dəstəksiz qoymayacağına inanıram. Dörd futbolçumuzun bu oyunda meydana çıxmayacağı faktı da təəssüf doğurur. Bunlar Rauf Əliyev, Əfran İsmayılov, Sadio Tounkara və Adrian Skarlatakedi. Əlbəttə, bunlar müəyyən çətinliklər yaradır. Amma hər şeyə rəğmən, biz qələbə və 3 xal qazanmaq üçün var gücümüzü meydanda qoymağa hazırıq".
