5 dekabr 2014 16:00
Arif Əsədov: İnanmıram ki, Qarabağ Neftçi ilə oyun öncəsi İnteri düşünsün
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnanmıram ki, "Qarabağ" "Neftçi" ilə oyun öncəsi İnteri düşünsün. Onlar bizim haqda düşünür, biz də onlarla oyun barədə. Ağdamlılar iki bərabər səviyyəli heyətə malikdilər. Hansı heyətlə meydana çıxmalarından asılı olmayaraq, bizə çətin olacaq. İtkilərə rəğmən, biz meydana qələbə üçün çıxacağıq".
