5 dekabr 2014 15:40
Bakının sabiq hücumçusu: Azərbaycana əbəs yerə getmişdim
"Bakı"nın sabiq hücumçusu Vangelis Mantsios Azərbaycan çempionatında çıxış etdiyi günləri xatırlayıb. Azerisport.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında bunları söyləyib:
"Mən keçmişdə yanlış seçim etmişəm. Məsələn, əbəs yerə Azərbaycana yollandım. Orada oyunum alınmadı. Amma Yunanıstana qayıdan kimi, hər şey qaydasına düşdü. Yaxşı müqaviləm var, rəhbərlik mənə əla münasibət göstərir. Bundan sonra da xaricdən təklif alsam, yaxşı düşünməyim lazımdı".
