5 dekabr 2014 15:15
Skarlatake də Qəbələyə qarşı oynamayacaq
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə oyunu hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubunda bu oyun ərəfəsində bir neçə itki var.
Belə ki, "ağ-yaşıllar"ın 4 futbolçusu "Qəbələ"yə qarşı oynaya bilməyəcək. Bunlar diskvalifikasiyalı Sadio Tounkara, Əfran İsmayılov, eləcə də zədəli Rauf Əliyevlə Adrian Skarlatakedir. Qeyd edək ki, sonuncu ötən gün baş tutan son məşqdə sıradan çıxıb.
