5 dekabr 2014 14:55
İnter Qarabağla oyun öncəsi itkilərlə üzləşdi
İtaliyanın "İnter" klubu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"la, eləcə də A Seriyasının 14-cü turu çərçivəsində keçiriləcək "Udineze" ilə oyun öncəsi bir neçə itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Danilo D`Ambrozio, Uqo Kampanyaro, Yuqo Naqatomo və Pablo Osvaldonun xidmətindən məhrum olub.
Onların zədə səbəbindən oynamayacağı bildirilir. Jonatanın iştirakının isə sual altında olduğu xəbər verilir.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 11-də Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
