5 dekabr 2014 14:30
Qarabağın rəqibi Udineze ilə oyun üçün start heyətini müəyyənləşdirib
İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini A Seriyasının 14-cü turu çərçivəsində keçiriləcək "Udineze" ilə oyun üçün start heyətini demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, sözügedən komandanın bu heyətlə meydana çıxması gözlənilir:
Handanoviç, Ranokkya, Juan, Dodo, Kampanyaro, Medel, Quarin, Kuzmanoviç, Kovaçiç, Palasio, Osvaldo.
Qeyd edək ki, çempionat oyununa çıxacaqlarına görə yorğun olacaq bu futbolçuların əksərinin Bakıya gətirilməməsi gözlənilir.
